Azərbaycanın “İntelsoft” şirkəti tərəfindən ruscadan dilimizə ilk Azərbaycan online-tərcümə sisteminin beta-versiyası hazırlanıb. Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, hazırda şirkət tərəfindən http://translate.intelsoft.az ünvanında yerləşən sistemin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir.
   “İntelsoft” şirkətinin direktoru Emin Nuriyev sistemin ilkin variantının “BakuTel-2010” XVI telekommunikasiya sərgisi çərçivəsində təqdim olunacağını bildirib.
   Sistemin online-versiyası 5000 simvol həcmində mətni tərcümə etməyə imkan verir, lüğət bazası isə daim təkmilləşdirilir.