Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 8-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37 557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 6798, hazırkı dövrədək isə 973 838 test aparılıb.

Qeyd edək ki, avqustun 5-dən başlayaraq gündəlik yoluxma sayı ümumən sabitləşərək  100-200 arasında dəyişir, bəzi günlərdə isə bu göstərici 100-dən də az olub.