Mərakeş Krallığında keçirilən tədbirdə ölkəmizin turizm imkanları geniş təbliğ edilib

Mədəniyyət və Turizm Nazirliyi müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində Azərbaycanın təmsil edilməsini mütəmadi olaraq təmin edir. Bu məqsədlə ölkəmizin turizm potensialı yanvarın 15-dən 18-dək Mərakeş Krallığının Mərrakeş şəhərində keçirilən “Moroccan Travel Market” beynəlxalq turizm sərgisində də nümayiş etdirilib.

Bu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin Marketinq və təbliğat sektorunun müdiri Səbinə Kərimova və Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Rəhman Oruclu iştirak edib. R.Oruclunun qəzetimizə verdiyi məlumata görə, “Moroccan Travel Market” sərgisinə 20 ölkədən turizm nazirliklərinin, agentliklərin nümayəndələri, 8690 şirkət və 120-dən çox jurnalist qatılıb: «Tədbir Mərakeş Krallığının turizm və əl işləri naziri M.Bussaid tərəfindən həyata keçirilirdi. Qeyd edim ki, bu ölkədə beynəlxalq turizm sərgisi ikinci dəfə idi təşkil edilirdi. Azərbaycan isə bu sərgidə ilk dəfə idi təmsil olunurdu. Amma buna baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kifayət qədər böyük lövhə - 27 kvadratmetrlik sahə icarəyə götürülmüşdü. Burada Azərbaycan turizmi ilə bağlı bukletlər, jurnallar, audio və videodisklər sərgiləndi, monitor vasitəsilə ölkəmizə aid turizm görüntüləri nümayiş etdirildi, sərgi iştirakçılarına əyani vəsait paylandı. Tədbirin davam etdiyi üç gün ərzində çoxlu sayda insanlar sərgini ziyarət etdilər. Sevindirici idi ki, Azərbaycanın stendi ilə maraqlananların sayı olduqca çox idi. Biz onlara Azərbaycan turizminin bu günü və gələcək inkişaf perspektivləri ilə bağlı geniş məlumat verirdik. Azərbaycanla Mərakeş Krallığı arasında müxtəlif sahələr üzrə ikitərəfli əlaqələr mövcuddur. Sərgidə yaxından iştirak etməkdə də bizim əsas məqsədimiz odur ki, bu əlaqələri turizm sahəsi üzrə də genişləndirək və bu ölkədən Azərbaycana çoxsaylı turistlərin gəlməsinə nail olaq».

Adətən beynəlxalq turizm sərgilərində iştirakçı ölkələr haqqında yerli və digər kütləvi informasiya vasitələrinin geniş materiallar təqdim etdiyini deyən Rəhman müəllim bildirdi ki, bu dəfə də belə olub: «Onu da qeyd edim ki, Azərbaycanın stendi daha çox jurnalistin marağına səbəb oldu. Mən Dubay televiziyasına və “Moroccan Travel Market” sərgisinin rəsmi saytına müsahibə verdim. Müsahibədə ölkəmizin turizm potensialına dair mümkün qədər geniş məlumat verməyə çalışdım. Bundan başqa, lövhəmiz və apardığımız reklam-çap məhsulları ilə bağlı çəkilişlər də oldu».

R.Oruclu maraqlı bir faktı da diqqətimizə çatdırdı ki, Azərbaycanın stendinə yaxınlaşan bir çox insanlar artıq ölkəmizin turizm imkanları ilə bağlı CNN və «Euronews» kanallarında verilən reklamlardan məlumatlı olduqlarını bildiriblər: «Məncə, görülən işdən dərhal müsbət nəticə gözləmək düzgün deyil. Xüsusilə turizm sahəsində buna nail olmaq mümkünsüzdür. Ölkənin turizm potensialını tanıtmaqla zaman-zaman turist axınına nail olmaq olar. Bu baxımdan, ümid edirəm ki, bizim apardığımız işin nəticəsində Mərakeş Krallığından Azərbaycana gələn turistlərin sayı artacaq».
Qeyd edək ki, sərginin rəsmi açılışında Azərbaycanın bu ölkədəki səfiri Sabir Ağabəyov da iştirak edib və nümayəndə heyətimizə yaxından köməklik göstərib.

FƏXRİYYƏ







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar