Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Yunanıstan Respublikasının Turizm Nazirliyi ilə birgə əməkdaşlığı, həmçinin Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə fevralın 2-dən 6-na qədər "Qonaqpərvərlik və Turizm sənayeləri üzrə yeni meyillər" mövzusunda seminar keçiriləcək.
Seminar Yunanıstanın Turizm Nazirliyinin 10 nəfər mütəxəssisi tərəfindən aparılacaq. Tədbir "Hyatt Regency" mehmanxanasının "Quba" zalında keçiriləcək. Seminar mehmanxana və restoran menecerləri, turizm şirkətlərinin rəhbər işçiləri, həmçinin Azərbaycan Turizm İnstitutunun müəllim və tələbələri üçün nəzərdə tutulur.
Seminarın keçirilməsində əsas məqsəd iaşə və mehmanxana sahələrində çalışan işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin turizm şirkətlərində işin düzgün qurulmasından ibarətdir.
Seminarın sonuncu günü iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.
FƏXRİYYƏ