Fevralın 6-da Azərbaycan Turizm İnstitutunda Altıağac Milli Parkında həyata keçirilən «Altıağacda davamlı turizmin inkişafı» layihəsinin gedişi ilə bağlı konfrans keçiriləcək. Azərbaycan Turizm İnstitutundan aldığımız məlumata görə, adıçəkilən layihə ATİ və Almaniyanın Ekologiya Nazirliyi ilə birgə həyata keçirilir. Konfransın əsas məqsədi Altıağac regionunda layihə çərçivəsində görülən və hələ qarşıda duran işlərlə media nümayəndələrini və ictimaiyyəti məlumatlandırmaqdır. Qeyd edək ki, konfransdan bir gün sonra, fevralın 7-də ATİ-nin təşkilatçılığı ilə media nümayəndələri Altıağac Milli Parkına bir günlük ekskursiyaya aparılacaq. Ekskursiya həyata keçirilən layihənin gedişi ilə tanış olmaq məqsədi daşıyır.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar