Bu ilin martında Bakıda Avropa ölkələri turizm nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirdi.
Nazir turizm sahəsində bəzi xidmət qiymətlərinin bahalaşmasına da münasibət bildirdi. O qeyd etdi ki, bu sahədə bazar sərbəst olduğu üçün dövlət qiymətləri tənzimləyə bilməz. Adıçəkilən sektorda qiymətləri yalnız rəqabət, tələb və təklif müəyyənləşdirir: “Əgər bu qiymətlərlə razılaşanlar varsa, demək, belə qalacaq. İnsanlar bu qiymətlərin çox baha olduğunu görüb, xidmətdən istifadə etməyəcəklərsə, onda qiymətlər ucuzlaşacaq. Bunu bazar özü tənzimləyir».