Sentyabrın 21-də Moskvadakı Beynəlxalq Musiqi Evində Azərbaycanın və SSRİ-nin  Xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevə həsr olunan konsert keçiriləcək.

Proqrama əfsanəvi müğənninin repertuarından “Mavi əbədiyyət”, “Gözəllik kraliçası”, “Yer üzünün ən yaxşı şəhəri”, “Melodiya” və digər mahnılar daxil edilib. Mahnıları “Rus Filarmoniyası” Moskva Simfonik Orkestrinin müşayiəti ilə Nikolay Ryabuxa səsləndirəcək. Orkestrə Sergey Tatarin dirijorluq edəcək.