Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanı növbəti böyük sərgidə - 12-15 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək «ITB-Berlin” beynəlxalq turizm sərgisində təmsil edəcək. Sərgidə ölkəmizin turizm potensialı haqqında ətraflı məlumat vermək üçün 68 kv.m sahəsi olan lövhə icarəyə götürülüb. İştirakçılara və ziyarətçilərə təqdim etmək məqsədilə oraya alman dilində nəşr olunmuş reklam-çap məhsulları və milli koloriti əks etdirən suvenirlər də aparılacaq. Eyni zamanda Almaniya KİV-lərində təbliğatın aparılması üçün də bir sıra tədbirlər görülüb.
Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Türkan İsmayılova, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bir qrup üzvü, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin növbəti dəfə iştirak etdiyi “ITB-Berlin” beynəlxalq turizm sərgisi dünyada təşkil olunan ən böyük turizm sərgilərindən biridir.
FƏXRİYYƏ