Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 9 fevral 2009-cu il tarixli 35 saylı əmri ilə paytaxtımızda Bakı Şəhər Kitabxana-İnformasiya Turizm Mərkəzi (BKİTİ) yaradılır. Mərkəz Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Ə.Məmmədxanlı adına kütləvi kitabxananın bazasında təşkil edilir. Bununla əlaqədar Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin imzaladığı əmrdə yeni yaradılan mərkəzin direktoru Kamal Ərrəhmanoğluna tapşırılır ki, Ə.Məmmədxanlı adına kütləvi kitabxananın hüquqi varisi kimi müvafiq komissiya yaradaraq, debitor, kreditor borclarını və qanunvericiliyə uyğun digər öhdəlikləri qəbul etsin.
   BKİTİ Azərbaycanda turizmin inkişafına xidmət edəcək. Mərkəzin nəzdində, demək olar ki, dünyanın bütün dillərində çap olunmuş kitablardan ibarət kitabxana yaradılacaq. Bunun sayəsində ölkəmizə təşrif buyuran turistlər, eləcə də əcnəbi dil bilən həmvətənlərimiz asudə vaxtlarını bu mədəniyyət ocağında səmərəli keçirə biləcəklər.
   Ə.Məmmədxanlı adına kütləvi kitabxanada inventarizasiya aparılması və yeni yaradılan, analoqu olmayan mərkəzin fəaliyyətinə uyğun olmayan kitab fondu və inventarın digər kitabxanalara paylanılması təhvil-təslim komissiyasına həvalə edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar