Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları VII İsgəndəriyyə Beynəlxalq Kitab Sərgisindən qayıdıb
Müasir dünyamızda kitab təkcə bilik mənbəyi sayılmır. Kitab həm də içində ehtiva etdiyi bilik və informasiyalarla, yüksək poliqrafiq keyfiyyəti, dizaynı və zövqlü tərtibatıyla məxsus olduğu ölkənin təmsilçisinə, təbliğatçısına çevrilir, tarixi həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması üçün “döyüşür”, “mübarizə aparır”.
Son illər ölkənin bir çox sahələrində nəzərəçarpacaq inkişaf kitab istehsalı sahəsindən də yan ötməyib. İndi istər dövlət, istərsə də müstəqil nəşriyyatlar tərəfindən müasir standartlara uyğun kitablar nəşr olunur. Məhz bu nəşrlər sayəsində Azərbaycanın ən ünlü kitab sərgi-yarmarkalarında yüksək səviyyədə iştirakı təmin olunur.
Ötən həftə - 18-27 fevral 2009-cu il tarixlərində Misir Ərəb Respublikasında VII İsgəndəriyyə Beynəlxalq Kitab Sərgisi keçirilib. Türkiyə, Fələstin, İordaniya, İtaliya, Suriya, Liviya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və digər Şərq və Avropa ölkələrinin kitab ekspozisiyaları qurulan sərgidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da iştirak edib.
Tədbir barədə nazirliyin Nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğlu ilə söhbət etdik.
- Çingiz müəllim, ilk öncə İsgəndəriyyə sərgisi barədə təəssüratlarınızı bölüşmənizi istərdik...
- Bildiyiniz kimi, İsgəndəriyyə sərgisi Frankfurt, Pekin, London, Moskva, Əbu-Dabi, Qahirə, Varşava və digər şəhərlərdə keçirilən məşhur kitab sərgiləri ilə bir sırada dayanır. İsgəndəriyyə şəhərinin adı tarixən kitabla bağlı olub. Bu gün də İsgəndəriyyə kitabxanası Şərqin ən böyük kitab mərkəzlərindən biri hesab olunur.
Şübhəsiz ki, bu cür sərgilərdə iştirak etmək Azərbaycan kitabının şöhrətini daha da artırır.
- Bildiyimə görə, Azərbaycan bu sərgidə bir neçə dəfə iştirak edib.
- Biz üçüncü dəfədir ki, İsgəndəriyyə sərgisinə qatılırıq. Ümumiyyətlə qeyd edim ki, ölkəmiz Mədəniyyət və Turizm Nazirliyi yaranandan sonra - yəni son 3 il ərzində mütəmadi olaraq dünyanın ən məşhur kitab sərgi-yarmarkalarında iştirak edir.
- Sərgidə nələr nümayiş olunurdu?
- İsgəndəriyyə sərgisinə müstəqil nəşriyyatlar, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-2008-ci illərdə nəşr edilmiş 110 adda 312 nəşr məhsulu - kitab, çoxlu sayda broşür, açıqca, xəritə və digər çap məhsulları aparılmışdı.
- Ölkəmizlə bağlı nəşrlər necə qarşılandı?
- Azərbaycanla bağlı çap məhsullarına maraq yüksək idi. Xüsusən bayrağımız, xəritəmiz, digər dövlət atributları ilə yanaşı, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən çoxsaylı nəşrlərlə zəngin və Xocalı soyqırımının 17-ci ildönümünə həsr edilmiş 10 kv.m-lik ekspozisiya böyük marağa səbəb oldu. Siyasi, tarixi, bədii istiqamətli kitablar da yüzlərcə tamaşaçının diqqətini cəlb etdi.
Fevralın 25-də Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları və nümayəndə heyətimizin iştirakı ilə sərgidə “Xocalıya ədalət” aksiyası keçirildi. Ekspozisiyamızda quraşdırılmış elektron tablolar vasitəsilə ermənilərin 1992-ci il fevralın 26-da Xocalı sakinlərinə qarşı törətmiş olduğu vəhşilikləri əks etdirən filmlər nümayiş etdirildi. Səfirlik tərəfindən sərgidə açılmış xüsusi dəftərə imza atan yüzlərlə Misir vətəndaşı “Xocalıya ədalət” kompaniyası ilə həmrəy olduğunu bildirdilər. Bununla yanaşı, səfirlik tərəfindən göndərilən, ərəb dilində nəşr olunan kitab və qəzetlər sərgiyə gələn qonaqlara paylandı.
Səfirliyimizin nümayəndəsi Vüqar Yusifovun və Qahirə, İsgəndəriyyə Universitetlərində təhsil alan azərbaycanlı tələbələrin yaxından köməyi ilə sərgi iştirakçılarına Azərbaycan haqqında geniş məlumat verildi.
Azərbaycanın Misirdəki səfirliyinin nümayəndələri bizə xüsusi diqqətlə yanaşdılar, sərginin uğurla davam etməsinə lazım olan bütün köməkliyi göstərdilər.
Sərgi başa çatdıqdan sonra nümayiş etdirmək üçün aparılmış bütün kitablar Azərbaycan Respublikasının Misirdəki səfirliyinə təhvil verildi. Səfirlik bu kitabları Misirin aparıcı kitabxanalarına yayacaq, kitablar azərbaycanlı tələbələrin və ölkəmizlə maraqlanan oxucuların, tədqiqatçıların ixtiyarına veriləcək.
Sərgidə və imza toplama kompaniyasında səfirlik əməkdaşları tərəfindən hazırlanmış video materiallar hörmətli səfir F.Bağırovun xahişi ilə tərəfimizdən Bakıya qayıtdığımız gün operativ olaraq AzTV və ANS telekanallarının müvafiq redaksiyalarına çatdırıldı və fevralın 28-də “Xəbərlər” proqramı ilə nümayiş etdirildi.
- Çingiz müəllim, Azərbaycanda bu cür nüfuzlu beynəlxalq kitab sərgisinin keçirilməsi perspektivi barədə nə deyə bilərsiniz?
- Yadınızdadırsa, bir neçə il öncə Bakıda “Rus kitab həftəsi” adlı böyük bir tədbir keçirdik. Bu tədbirə dünyanın hər tərəfindən gəlmiş 150 nəfərə yaxın peşəkar naşir və məşhur yazıçı iştirak edirdi. Təcrübə göstərdi ki, şəhərimiz həm strateji mövqeyi, həm sosial-iqtisadi inkişafı, həm də mədəni səviyyəsi ilə bu cür böyük kitab tədbirlərinə tam hazırdır.
Eyni zamanda qeyd etmək istəyirəm ki, bu il paytaxtımızda ölkə səviyyəli böyük kitab yarmarkasının keçirilməsi nəzərdə tutulub. Tədbir beynəlxalq miqyası əhatə etməsə də, burada çoxsaylı xarici qonaqların iştirakı mümkün olacaq.
Yaxın gələcək üçün isə bu tədbirin beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.
Söhbətləşdi: Şərif