Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Kuba Respublikasına səfəri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Həmçinin səfər müddətində Kubanın turizm naziri, hökumət sədrinin müavini, ticarət palatasının prezidenti, xarici ticarət naziri, xarici investisiya və iqtisadi əməkdaşlıq nazirinin müavini və xarici işlər nazirinin müavini ilə görüşlər keçirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Kubanın Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzi, həmçinin İdman İnstitutunda da olub, Siqar Festivalında iştirak edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar