Martın 24-dən 26-dək Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyanın 49-cu iclası və “İqtisadiyyat böhranının Avropa turizminə təsiri” adlı texniki seminarın keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsindən aldığımız məlumata görə, tədbirlərdə Avropanın 45 ölkəsindən nümayəndə heyətinin iştirakı gözlənilir. İclasın Bakıda keçirilməsi haqqında qərar 15-16 may 2008-ci il tarixində Çexiya Respublikasının Praqa şəhərində BMÜTT-nin Avropa üzrə Komissiyasının 48-ci iclasında qəbul edilib. Həmin iclas zamanı növbəti iclasın keçirilmə yeri və tarixi müzakirə olunub. Bununla əlaqədar Azərbaycan və Bolqarıstan öz namizədliklərini irəli sürüblər. Bu məqsədlə hər iki ölkə tərəfindən turizm imkanları haqqında geniş təqdimatlar keçirilib. Təqdimat zamanı Azərbaycanın turizm potensialı, abidələri, turizm inkişafı ilə bağlı statistik göstəriciləri, ölkədə fəaliyyət göstərən turizm şirkətləri, mehmanxanalar, turizm informasiya mərkəzləri, beynəlxalq aviaşirkətlərin respublikamızdakı nümayəndəlikləri, marketinq sahəsində müxtəlif istiqamətdə aparılan işlər, hazırda turizm sahəsində əldə etdiyimiz nailiyyətlər, dövlət proqramının prioritet sahələri, ölkəmizin turizm sahəsində beynəlxalq əlaqələri və Azərbaycanda MİCE turizminin inkişafı haqqında ətraflı məlumat verilib. Təqdimatdan sonra Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxı göstərilib və həmçinin iştirakçılara ölkəmizin turizm potensialı ilə bağlı çap məhsulları paylanılıb. Sonra Bolqarıstan Respublikası öz namizədliyini Azərbaycanın xeyrinə geri götürüb və BMÜTT-nin Avropa üzrə Komissiyasının 49-cu iclasının 2009-cu ilin mart ayında Bakıda keçirilməsi qərara alınıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar