Azərbaycanlı iş adamı Telman İsmayılov Antalya vilayətinin Aksu rayonunda dəyəri 400 milyon dollar olan hotel tikdirib. “Mərdan İstanbul Palace” adlanan hotelin bugünlərdə açılış mərasimi olub. Müasir üslubda inşa edilən hotelin təkcə mətbəx dəstləri üçün 17 milyon dollar xərclənib. “Mərdan İstanbul Palace” hotelinin dünyanın ən bahalı mehmanxanalarından biri olacağı gözlənilir. Mehmanxananın 24 min kvadratmetrlik hovuzu, 80 min avroluq əntiq kresloları, 2,5 min kvadratmetrlik zalı var. Türkiyə saytlarının verdiyi xəbərə görə, mərasimdə bir çox məşhur şəxslər, o cümlədən Rusiyanın ən varlı iş adamları iştirak edib. Qeyd edək ki, “Rus zirvəsi” adlandırılan gecəyə məşhur milyonçu Roman Abramoviç də dəvətli olub.    

  FƏXRİYYƏ