Ötən ilin rəqəmləri Azərbaycana gələn turistlərin sayında 40 faiz artım olduğunu göstərdi. Bu barədə jurnalistlərə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dediyinə görə, belə bir nəticə dünyanın heç bir ölkəsində yoxdur. Bunun səbəbini Azərbaycanın beynəlxalq sərgilərdə geniş təmsil olunması, ölkəmizin turizm potensialının dünyanın tanınmış CNN, «Euronews» kimi kanallarında reklam edilməsi, ölkəmizdə il ərzində bir neçə dünyamiqyaslı tədbirlərin keçirilməsi ilə izah edən nazir bildirdi ki, 2008-ci ildə ölkəmizə 1408908 nəfər turist gəlib: «Dünyadakı iqtisadi böhranla əlaqədar təbii ki, səyahət edən insanların sayı azalır. Azərbaycanın siyasi-iqtisadi durumu, burada keçirilən beynəlxalq tədbirlərin çoxluğu ölkəmizə əcnəbilərin axınını azalmağa qoymayacaq. Nəzərdə tuturuq ki, artım təxminən 10-12 faiz civarında olacaq».
Ə.Qarayev onu da dedi ki, böhrana görə nazirliyin heç bir layihəsi dayandırılmayıb.
Ə.Qarayev onu da dedi ki, böhrana görə nazirliyin heç bir layihəsi dayandırılmayıb.