Azərbaycanda turizm sektoru inkişaf etdikcə, bu sahədən külli miqdarda gəlir götürən ölkələrlə əlaqələr də dərinləşir. Bu baxımdan qardaş Türkiyə ilə yaxınlaşma ölkəmizə daha çox divident gətirir. Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Melda Arazın qəzetimizə verdiyi məlumata görə, həm Azərbaycandan Türkiyəyə gedən, həm də Türkiyədən Azərbaycana gələn turistlərin sayının artması hər iki ölkənin turizm sahəsinin inkişafına səbəb olur: «Türk Hava Yolları martın sonunda Bakı-İstanbul reysindən başqa, əlavə marşrutlar açacaq. Bundan əlavə, Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) də Naxçıvan-İstanbul reysini açır. Türkiyədən Azərbaycana gələn turistlərin sayı artır».
   Mədəniyyət müşavirinin dediyinə görə, bu artımın səbəbini onlar özləri də bilmirlər: «Bu yaxınlarda turizm sahəsi üzrə araşdırma aparan bir təşkilat məndən artımın səbəbləri ilə bağlı açıqlama istədi. Yəni artıq bu məsələ diqqət mərkəzinə çevrilib. Təsəvvür edin ki, 2007-ci ildə Türkiyədən Azərbaycana 30 min turist gəlmişdisə, ötən il bu rəqəm 101 min olub. Məncə, bunun birinci səbəbi Azərbaycanda yüksək standartlara cavab verən hotellərin, turizm-istirahət mərkəzlərinin sayının artmasıdır».
   Qeyd edək ki, eyni artım Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında da müşahidə olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar