“Bu il ərzində Azərbaycanda turistlərin sayında artım olub. Ümid edirik ki, növbəti illərdə də bu artım davam edəcək”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi. Onun sözlərinə görə, ötən il Azərbaycana 2 milyona yaxın insan gəlib. Amma onlardan yalnız 1 milyon 409 min nəfəri turist hesab edilir. Nazir bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən hotellərin sayı da artıb. 2002-ci ildə ölkədə cəmi 34 hotel mövcud olduğu halda, indi Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almış 337 hotel var.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar