Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısını açıqlayıb.
Nazirlikdən oktyabrın 13-də verilən məlumata görə, dağıntılara məruz qalan məktəblərin siyahısı aşağıdakı kimidir:
Tərtər rayonu – 12 məktəb; Ağdam rayonu – 11 məktəb; Gəncə şəhəri – 5 məktəb; Füzuli rayonu – 4 məktəb; Goranboy rayonu – 3 məktəb; Bərdə rayonu – 1 məktəb; Ağcabədi rayonu – 1 məktəb.
Qeyd edək ki, düşmən təcavüzü nəticəsində 3 məktəbli həlak olub. Həlak olan məktəblilər Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, həmin orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.