Azərbaycan Turizm və Menecment Universitetinin kollektivi şanlı Ordumuzun Vətən torpaqlarını işğaldan azad etmək uğrunda təcavüzkar düşmənə qarşı apardığı hərbi əməliyyatları alqışlayır.
Universitetin kollektivi inanır ki, Azərbaycan Ordusu işğal altındakı bütün torpaqlarımızı düşməndən azad edəcək. Silahlı Qüvvələrimizə dəstək məqsədilə universitetin kollektivinin şəxsi təşəbbüsü ilə müvafiq ordu qərargahına müxtəlif çeşiddə zəruri geyim və müxtəlif ləvazimatlar təqdim olunub. Universitetdən verilən məlumatda bildirilir ki, hədiyyə paketlərinə akademik, inzibati heyət və tələbələr tərəfindən ürək sözləri yazılmış “əsgərə məktub”lar da əlavə edilərək cəbhə bölgəsinə göndərilib.
Universitetin tələbə-müəllim heyəti Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatlarını dəstəkləyir və Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müqəddəs Vətən müharibəsində iştiraka hazırdır. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqına eşq olsun! Qarabağ Azərbaycandır!”.