Azərbaycan Milli Kitabxanası oktyabrın 12-də “Qarabağ xalq sənətkarlığı” sərgisini virtual rejimdə istifadəçilərə təqdim edib. Qarabağ xalq sənətkarlıq nümunələrinin tanıdılması məqsədi daşıyan virtual sərgidə Azərbaycanın bu tarixi bölgəsinin xalçaçılıq sənəti, zərgərlik nümunələri, qədim türk musiqi alətləri və onlar haqqında məlumatlar, fotolar nümayiş olunur.

Qarabağ bölgəsi özünün tarixi, maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Qarabağ həm də sənət, mədəniyyət mərkəzi kimi şöhrətlənib. Burada daşişləmə, dulusçuluq, metalişləmə, toxuculuq, təsviri sənət, zərgərlik və digər sənət növləri özünəməxsus yer tutur.

Qarabağ dünya mədəniyyətinə saysız incilər bəxş etmiş bir diyar, musiqimizin beşiyidir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_xalq_senetkarligi/index.htm  linkindən istifadə edə bilərlər.