Gənclər və İdman Nazirliyinin kollektivi oktyabrın 11-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyni himayəsinə qəbul edib.
Bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, qurum yetkinlik yaşlarına (18 yaş) çatana qədər uşaqların 500 manat aylıq təminat xərclərini öz üzərinə götürüb.