Bu ilin 12-14 noyabr tarixində keçirilməsi nəzərdə tutulan XIX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun təxirə salınması gözlənilir. Rusiya Mədəniyyət Nazirliyi tədbirin ləğvi təklifi ilə artıq hökumətə müraciət edib. Tədbirin koronavirus infeksiyasının yenidən yayılması ilə əlaqədar risklərin qarşısını almaq məqsədilə təxirə salınması təklif olunub.
Builki Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycan Respublikasının “fəxri qonaq ölkə” statusunda iştirakı nəzərdə tutulurdu. Bu barədə qərar 2018-ci ildə qəbul olunmuşdu.
Qeyd edək ki, Sankt-Peterburq forumunda müxtəlif ölkələrin mədəniyyət sahəsi üzrə mütəxəssisləri arasında təcrübə mübadiləsi həyata keçirilir, müvafiq istiqamət üzrə rəhbər şəxslərin görüşləri təşkil edilir.