Aprelin 21-22-də Bakıda "Turizm - mədəniyyətlərarası dialoqu təmin edən amil kimi" adlı Tələbələrin I Beynəlxalq Bakı Konfransı keçiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, sözügedən konfransda respublikanın bir sıra ali məktəblərilə yanaşı, Böyük Britaniya, Fransa, Rusiya, Gürcüstan və Qazaxıstan kimi ölkələrin tanınmış ali məktəbləri də təmsil olunacaq. Bu baxımdan qeyd olunan tədbiri Azərbaycanın turizm potensialının təbliği və təşviqi ilə yanaşı, respublikada turizm təhsilinin inkişafı sahəsində görüləcək əhəmiyyətli tədbirlərdən biri kimi qiymətləndirmək olar.
   
   FƏXRİYYƏ