Əslən Laçın rayonundan olan ustad aşıq Cabbar Cabbarovun “Girov sazın dastanı” adlı yeni kitabı işıq üzü görüb. Kitabda 70 yaşlı sənətkarın günümüzün reallıqlarını özündə əks etdirən eyniadlı dastanı yer alıb.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun kitaba yazdığı ön sözdə deyilir: “Bu dastan təkcə bir aşığın salnaməsi deyil, XX əsrin sonlarında öz dədə-baba yurdundan didərgin düşərək qaçqınlıq-köçkünlük taleyi yaşayan soydaşlarımızın üzləşdikləri faciələrin bir aşıq tərəfindən təsviri, sazın dili ilə dünyaya car çəkilməsidir”.
Xatırladaq ki, “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çapdan çıxan kitabı nəşrə hazırlayan və redaktoru Musa Nəbioğlu, məsləhətçisi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçisi Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədlidir.