Bir neçə gün əvvəl Azərbaycan Turizm Şirkətləri Assosiasiyası təsis edilib. Bunu mətbuata açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyev bildirib. Onun dediyinə görə, turizm sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi, Ümumdünya Turizm Təşkilatının apardığı təhlillərin nəticəsinə uyğun ölkənin turizm bazarının inkişafı, turizm məhsullarının müxtəlifliyi, həmçinin ölkənin turizm bazarının dünya turizm bazarına inteqrasiyası, rəqabətə davamlı turizm bazarının yaradılması və bu sahə üzrə mövcud potensialın təbliği prosesində turizm şirkətlərinin rolu əvəzedilməzdir. Bu səbəbdən də turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan qaldırılması və turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə qurumun təsis edilməsinə zərurət yaranıb. A.İsmiyev onu da bildirdi ki, turizmin inkişaf etdiyi bütün ölkələrdə belə bir qurum fəaliyyət göstərir: «250-yə yaxın turizm şirkətinin fəaliyyət göstərdiyi Azərbaycanda da bu assosiasiyanın təsis edilməsi vacib idi. Qurumun yaradılması təbii ki, şirkətlərin problemlərinin həll edilməsi baxımından onların özü üçün sərfəlidir».







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar