Türkiyə 2008-ci il ərzində turizm sahəsindən 22 milyard dollar gəlir götürüb. Bunu dünən AİTF-2009 Turizm və Səyahətlər Sərgisinin açılışında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç deyib. Səfir bildirib ki, bir ildə ölkəyə gələn turistlərin sayında 13 faiz artım müşahidə olunub ki, bu da ötən illə müqayisədə 6 dəfə çox deməkdir. Türkiyədə dövlət və özəl sektorun bu sahədə müştərək işlədiyini deyən H.Kılıçın sözlərinə görə, onun ölkəsində xidmətin səviyyəsinə böyük önəm verilir. Hələ 50 il əvvəl turizm üzrə ixtisaslı kadrların və səviyyəli mütəxəssislərin yetişməsi üçün təhsil müəssisələrinin fəaliyyətə başladığını deyən səfir bildirib ki, bu sahədə əldə etdikləri təcrübəni hər zaman Azərbaycanın turizm sənayesində çalışanlarla bölüşməyə hazırdırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar