Aprelin 16-dan 18-nə qədər Bakıda H.Əliyev adına İdman- Konsert Kompleksində AİTF-2009 Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ilə bərabər, «Mehmanxana, restoran və supermarketlər üçün hər şey» mövzusunda 3-cü Qafqaz Beynəlxalq HOREX sərgisi keçirilib. Sərgidə İtaliya, Almaniya, Türkiyə, Azərbaycan, Rusiya və Ukraynadan 20 şirkət iştirak edib. Sərgidə mətbəx avadanlıqları, hamam otaqları üçün kosmetik aksessuarlar, supermarketlər üçün soyuducu və anbar avadanlıqları, peşəkar camaşırxanalar, məişət kimyası və bu səpkili başqa məmulatlar nümayiş etdirilib və ziyarətçilərin olduqca böyük marağına səbəb olub. Sərgidə ilk dəfə iştirak edən Almaniya şirkəti ziyarətçilərin diqqətinə mehmanxanalar üçün parçaların geniş çeşidini təqdim edib. Burada eyni zamanda ilk dəfə olaraq turistləri istiqamətləndirmək üçün GPRS naviqasiya sistemləri təqdim olunub. HOREX sərgisi çərçivəsində iştirakçı şirkətlərin stendlərində parlaq kulinariya şouları və xarici mütəxəssislərin iştirakı ilə aşpaz və barmenlər üçün master-klass nümayişləri də keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar