“Mardan Palace”ın inşası üçün 1,4 milyard dollar xərclənib
  
   Avropanın ən lüks hoteli Antalyada azərbaycanlı iş adamı tərəfindən inşa edilib. lent.az-ın İngiltərənin “The Times” qəzetinə istinadən məlumatına görə, “Mardan Palace” adlanan hotelin tikintisi üçün 1,4 milyard dollar xərclənib. Qəzet bu rəqəmin zarafat olmadığını xüsusi vurğulayıb. Hotelin tikintisində qızıl və büllurdan istifadə edilib. Daha sonra Misirdən 9 ton qızılı rəngdə qum gətirilib. Hoteldə istifadə olunan qab-qacaq üçün isə 1,35 milyon dollar xərclənib.
   “Mardan Palace”da otaqların qiyməti bir gecə üçün 14 dollardan başlayır. Lüks otaqların bir gecəlik qiyməti isə 18-20 min dollardır. Hoteldə bir butulka şərabın qiyməti 3500 dollara yaxındır. Burada 1986-cı ildə istehsal edilən “Chateau Lafite Rothschild” markalı şərab satılır.
   “Mardan Palace”nin rəsmi açılışı bu il iyunun 1-də olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar