«Azərbaycanda əhalinin sayı baxımından yerli bazar üçün təxminən 350-yə qədər turizm şirkətinin fəaliyyəti yetərlidir. Bundan artıq sayda turizm şirkətləri üçün fəaliyyət məkanı yoxdur». Bunu mətbuata açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi. Hazırda Azərbaycanda 230 turizm şirkəti lisenziya alıb. Ona görə bu gün turizm şirkətləri arasında real bazarı əks etdirən rəqəm 230-dur. Bu şirkətlərin böyük qisminin fəal çalışmadığını deyən Ə.Qarayevin sözlərinə görə, yalnız təxminən 70-ə qədər şirkət fəallığı, gücü və təcrübəli mütəxəssisləri sayəsində bugünkü turizm bazarının demək olar ki, 90 faizini əhatə edir: «Xüsusilə qeyd etməliyəm ki, son 3-4 il ərzində sırf Azərbaycanın daxilində fəaliyyət göstərən xüsusiləşdirilmiş şirkətlər də yaranıb. Yəni turistlərin xaricə səfərilə deyil, məhz Azərbaycana cəlbi və gəlişinin təşkili ilə məşğuldurlar. Belə şirkətlərin də beynəlxalq səviyyədə iştirakı bizim üçün olduqca əhəmiyyətlidir».

   FƏXRİYYƏ







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar