Oktyabrın 31-də dünya şöhrətli britaniyalı kinoaktyor, “Agent 007” – Bondiana silsiləsindən filmlərlə tanınan Şon Konneri 90 yaşında vəfat edib. 

Şotland əsilli sənətçi 25 avqust 1930-cu ildə dünyaya gəlib. O, “Oskar” (1988), “BAFTA” (1988, 1990) və “Qızıl Qlobus” (1972, 1988) mükafatlarının laureatı olub. Ümumilikdə aktyorun üç “Qızıl alobus”u var. 1962-1983-cü illərdə Yan Fleminqin əsərlərinin ekran versiyası olan Ceyms Bond haqqında 7 filmdə çəkilib. Bundan başqa, “İndiana Cons və son səlib yürüşü” və “Qaya” filmlərindəki rollarına görə tanınıb. Məşhur aktyor, ümumiyyətlə, 70-dən artıq kinofilmdə rol alıb.

Bununla belə, Ş.Konneri yeganə “Oskar” mükafatını “Toxunulmazlar” qanqster dramındakı ikinci plan roluna görə qazanıb.

LALƏ