Bugünlərdə Tətbiqi Tədqiqatlar Fondu (TTF) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan “Azərbaycan Respublikasının ali təhsil sahəsində Boloniya prosesinə qoşulması ilə əlaqədar keçirilən islahatlara dəstək” layihəsi çərçivəsində Azərbaycan Turizm İnstitutunda seminar keçirib.
   Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq Universitet, Bakı Slavyan Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və digər təhsil müəssisələrinin müəllim və tələbələri, QHT nümayəndələri iştirak ediblər. Seminarda “Azərbaycanda Boloniya prosesi yeni təhsil qanununda” mövzusunda müzakirələr aparılıb.
   Müzakirələr zamanı ölkə ali təhsil sistemində Boloniya prosesinə qoşulma ilə əlaqədar mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həlli yolları barəsində ətraflı fikir mübadiləsi edilib. Qeyd olunub ki, xüsusilə ali təhsil müəssisələrində aparılan genişmiqyaslı islahatlar nəticəsində irəliləyiş əldə etmək üçün birinci növbədə qanunverici bazanın təkmilləşdirilməsi yönündə qəti addımların atılmasına ehtiyac var. Ən başlıcası isə təhsilin bugünkü vəziyyəti, onun müasir dövrdə qarşısında duran vəzifələr, Avropaya inteqrasiyasından irəli gələn tələblər, qabaqcıl dünyada təhsil sahəsində gedən proseslər daim diqqət mərkəzində olmalı, qəbul edilən normaların əsasında dayanmalıdır.
   Sonda seminarda müzakirə edilən məsələlər barədə təkliflər ümumiləşdirilərək müvafiq dövlət orqanlarına təqdim edilmək üçün hazırlanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar