Dünəndən Bakıda 16-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb. İyun ayının 5-dək davam edəcək “Xəzər neft və qaz”, “Neft emalı” və “Neft kimyası” sərgisi dünyanın neft sənayesinin liderlərini ənənəvi olaraq bir araya gətirəcək. Builki sərgidə dünyanın 22-dən çox ölkəsinin 250-dən yuxarı şirkətinin iştirakı gözlənilir. Tədbirə həmçinin müxtəlif ölkələrin nazirləri, Azərbaycanda akkreditə olunmuş dövlətlərin səfirləri, yerli və xarici ölkələrin iri şirkət və müəssisələri də qatılacaq. Sərginin əsas təşkilatçısı isə “İTE Qroup Pic” şirkəti ilə Azərbaycan Sənaye və Ticarət Palatasıdır. Təşkilatçıların mətbuata verdiyi məlumata görə, sərgidə iştirak edən şirkətlərin 80-ə qədəri yenidir. Bu şirkətlər arasında ABŞ, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, İran, İtaliya, Qazaxıstan, Rusiya, Rumıniya, Türkmənistan, Fransa, Yaponiya və digər ölkələrin təmsilçiləri var.
   Nəzərə çatdıraq ki, yeni şirkətlər sərginin ümumi ekspozisiya sahəsinin 20 faizini tutacaq. Ekspozisiya sahəsinin 40 faizi isə dünyada tanınmış şirkətlərə ayrılacaq.

   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar