Azərbaycan da bu sərgilərin iştirakçısıdır
   
   Azərbaycan turizmi beynəlxalq sərgilər vasitəsilə dünyada tanınır. Büdcəsinin yarıdan çoxunu turizm sahəsindən əldə etdiyi gəlirlə formalaşdıran ölkələrin də iştirakçı olduğu iki beynəlxalq turizm və səyahətlər sərgisi iyun ayında Çin Xalq Respublikasının Honkonq və Pekin şəhərlərində baş tutacaq.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsindən aldığımız məlumata görə, hər iki sərgidə ölkəmizi şöbənin əməkdaşları təmsil edəcək. Belə ki, iyunun 11-14-ü tarixlərində Honkonq şəhərində baş tutacaq sərgidə turizm şöbəsinin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Mahir Qəhrəmanov və marketinq və təbliğat sektorunun məsləhətçisi Leyla Verdiyeva, iyunun 18-20-si tarixlərində Pekində keçiriləcək sərgidə isə daxili turizm sektorunun məsləhətçisi Adil Adilov, analitik təhlil və proqramların təhlili sektorunun məsləhətçisi Türkan İsmayılova, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər solisti iştirak edəcək. Hər iki sərgiyə Azərbaycanın turizm potensialını təbliğ etmək üçün ingilis və çin dillərində reklam-çap məhsulları aparılacaq və maraqlanan ziyarətçilərə təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar