İyunun 8-dən 13-nədək Azərbaycan Turizm İnstitutunda elektron təhsillə bağlı 6 günlük seminar keçiriləcək. Seminar İnWEnt şirkəti tərəfindən Almaniya Fedevartiv Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşəbbüsü ilə “Qafqazda elektron təhsil üçün institutsional quruculuq və insan resurslarının inkişafı” layihəsi çərçivəsində həyata keçirilir. Seminarda almaniyalı mütəxəssislər - xanım Julia Jaqer və cənab Lüdviq Hinkofer müvafiq mövzu üzrə məruzələr edəcəklər.
   Azərbaycan Turizm İnstitutundan aldığımız məlumata görə, seminarda əsasən elektron təhsilin həyata keçirilməsi prosesi, onun fərqli üsul və modellərindən, üstünlüklərindən, həmçinin müxtəlif proqramlardan, qrup təlim proyekti, şəbəkə seçimində mümkün əməkdaşlıq, elektron təhsilin mərhələlərlə həyata keçirilməsi və s. mövzular üzrə müzakirələrin aparılması nəzərdə tutulub.
   Qeyd edək ki, ümumiyyətlə, “Qafqazda elektron təhsil üçün institutsional quruculuq və insan resurslarının inkişafı” layihəsi müvafiq institutlarda elektron təhsil haqqında ətraflı məlumat vermək və onu həyata keçirmək bacarığının inkişaf etdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində 2 dəfə seminar və seminarlararası müddətdə isə onlayn təhsil mərhələsi həyata keçiriləcək. Layihə tədbir iştirakçılarının aid olduqları təhsil müəssisəsində pilot elekton təhsil kursu ilə nəticələnəcək. Müasir təhsil prosesində elektron təhsilin geniş yayılmasını nəzərə alsaq, tədbirin respublikamız üçün nə qədər böyük əhəmiyyətə malik olduğu heç kimdə şübhə doğurmaz.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar