AF Hotel Aqua Parkda reallaşan tədbir geniş konsert proqramı ilə davam etdirildi
Coğrafi mövqeyinə görə əlverişli ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin də turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcəkdə çox gəlirli sahəyə çevriləcəyinə zəmin yaradır. Təsadüfi deyil ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur.
Elə bu səbəbdən də, bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il turizm mövsümünün açılışı münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə geniş tədbir düzənlənir. Builki mövsümün açılışı da iyun ayının 11-də Novxanıda yerləşən AF Hotel Aqua Parkda reallaşıb.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Turizm İdarəsinin müdiri Aydın İsmiyev, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərinin rəhbərləri iştirak ediblər.
Rəsmi açılış mərasimindən sonra tədbir mədəniyyət və incəsənət ustalarının iştirakı ilə davam etdirilib.
Mövsümün açılışından hazırlanan geniş yazı növbəti sayımızda dərc ediləcək.