Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı “Qarabağ – hər kəsin ortaq arzusu” adlı sosial videoçarx hazırlayıb.
Videoçarxda teatrın aktrisası Günay Məmmədova, aktyorlar İmran Lalayev və Rəsul Zəkiyev iştirak ediblər.
Ən yaxın zamanda ölkəmizin işğaldan azad olunan bölgələrinə gedərək, arzularını reallaşdırmaq istəyən videoçarx iştirakçıları Qarabağ sevgisinin və həsrətinin xalqımızın hər bir nümayəndəsinin qəlbində yaşadığını vurğulayırlar.
Videoçarxı bu linkdə izləmək olar: