«Azərbaycanda bu günə qədər olan statistikaya görə, 258 mehmanxana və onlara bərabər tutulan yerləşdirmə obyektləri lisenziyalaşmadan keçib». Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, ötən aylarda nazirlik əməkdaşları tərəfindən aparılan araşdırmaların nəticələrinə rəğmən demək olar ki, yerlərdə Mədəniyyət və Turizm Nazirliyinin irəli sürdüyü şərtlərə və dövlətin qoyduğu qanunlara tam riayət olunur: «Butun bunlar nəzərə alınaraq son iki ayda 58 turizm obyektinə lisenziya verilib. Hotellərimiz qanunlara müvafiq qaydada lisenziyalaşdırmaya maraq göstərirlər. Sevindirici haldır ki, Azərbaycanda turizm infrastrukturu ildən-ilə genişlənir. Ötən ilə qədər ildə 35 yeni müəssisə tikilib istifadəyə verilirdisə, bu il həmin rəqəm 56-ya çatıb».
   Ə.Qarayev dediyinə görə, bu o deməkdir ki, növbəti turizm mövsümündə daha 56 mehmanxana, hotel-motel tipli müəssisə turistlərin ixtiyarında olacaq.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar