Rayonda yay turizm mövsümü başlayıb
   
   Yayın gəlişi ilə dünyanın əksər ölkələrində turizm mövsümü başlayır. Azərbaycanda da bütün istirahət mərkəzləri isti havalar üçün nəzərdə tutulduğundan demək olar ki, bizdə də artıq mövsümün başlanmasına start verilib. O cümlədən füsunkar təbiətə malik Masallı rayonunda da yay turizm mövsümü başlayıb.
   Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin məlumatına görə, rayonda fəaliyyət göstərən 26 turizm-istirahət mərkəzi və sağlamlıq ocaqlarından 20-si Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya alıb. Digər 6 turizm obyektinin sənədləri isə nazirliyə təqdim edilib.
   Talış dağları və Xəzər dənizi ilə əhatə olunan Masallı rayonunda kiçik göllərin, şəlalələrin və müalicəvi bulaqların olması buraya gələn turistlərin sayını ildən-ilə artırır.
   Təkcə onu qeyd etmək kifayətdir ki, 2008-ci ildə rayona 17 minədək turist gəlib ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.
   Rayonun turizm və istirahət obyektlərində turistlərə təklif edilən qiymətlər də münasibdir. İki nəfərlik kottecin bir sutkalıq qiyməti 20-40 manatdır.
   Masallıda istirahət edən turistlər üçün rayonun görməli yerlərinə, tarix və mədəniyyət abidələrinə səyahətlər, təbiət qoynunda isə müxtəlif gəzintilər təşkil edilir.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar