Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vətənpərvərlik mövzusunda ədəbi müsabiqəyə hekayə, esse və poeziya janrları üzrə 100-dən çox əsər təqdim olunub. Əsərlər daxil olduqca qiymətləndirilmək üçün Müsabiqə komissiyasına təqdim edilir.

Qeyd edək ki, müsabiqəyə esse və şeirlərin qəbulu noyabrın 25-də, hekayələrin qəbulu isə noyabrın 30-da sona çatacaq.

Müsabiqəyə təqdim olunan əsərlər Azərbaycan dilində yazılmalı və bundan öncə heç bir yerdə yayımlanmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

İştirakçılar tərəfindən əsərlər aşağıda göstərilən elektron poçt ünvanına göndərilməlidir: nrtis@mct.gov.az

Müsabiqə ilə bağlı tanıtım videoçarxını bu linkə daxil olaraq izləmək mümkündür: https://youtu.be/mU6FwU4GP_A