Göygölə yeni yol çəkilməsi nəzərdə tutulur. Bu haqda mətbuata məlumat verən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, artıq bu zonada yeni istirahət guşələrinin yaradilması məqsədilə iş adamları tərəfindən çoxlu sayda müraciətlər olunur. Lakin bu təkliflərin hələlik Mədəniyyət və Turizm Nazirliyində müzakirə olunduğunu deyən icra başçısının fikrincə, burada primitiv üslubda istirahət mərkəzləri yaratmaq günah olardi: «Göygölə təşrif buyuracaq turistlər Qərb ölkələrinin standartlarına cavab verə biləcək turistik vasitələrlə təmin olunmalı, onlara xidmətin ən yüksək səviyyəsi göstərilməlidir”. Eldar Əzizov Göygöldə inşası təklif olunan istirahət mərkəzlərinin memarliq baxımından da maraqli olmasının əsas şərtlərdən biri kimi qiymətləndiriləcəyini deyib.

   Fəxriyyə ABDULLAYEVA