Tədbir bölgənin turizm potensialını genişləndirmək məqsədilə reallaşdırılır
   
   İyunun 27-də Şəkidə Milli Kulinariya Günü qeyd olunacaq. Xalqımızın zəngin mətbəx mədəniyyətini nümayiş etdirmək və bölgənin turizm potensialını genişləndimək məqsədilə keçiriləcək bayram tədbirlərinə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərnin nümayəndələri, Milli Məclisin deputatları, elm, incəsənət, mədəniyyət xadimləri də daxil olmaqla, 200-dək qonaq dəvət olunub. Bayramın xüsusi emblemi, atributları, proqramı, geyimləri hazırlanıb. Tədbirlər şəhərin ən gözəl və tarixi yerlərində keçiriləcək. Açılış mərasimi şəhərin Heydər Əliyev parkında reallaşacaq. Sonra XVIII əsrə aid olan nadir tarixi memarlıq abidəsi olan Şəki Xan Sarayında, Alban məbədi önündə davam etdiriləcək, Yuxarı Karvansarada başa çatacaq. Burada Şəki mətbəxinə xas olan 20-dən çox şərbətlər və sərinləşdirici içkilər, müxtəlif şirniyyatlar, qənnadı məmulatları, soyuq qəlyanaltılar, salatlar və s. nümayiş etdiriləcək.

  Fəxriyyə Abdullayeva








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar