Ərtoğrul Günay: «2010-2011-ci illərədək turist sayını 30 milyona yüksəldə bilərik»
   
   Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay məşhur azərbaycanlı iş adamı Telman İsmayılovla bağlı növbəti açıqlama verib. lent.az-ın məlumatına görə, türk nazir qlobal iqtisadi böhranın təsiri səbəbindən bu il ölkəyə gələcək turist sayı ilə bağlı dəqiq bir söz deməyin çətin olduğunu deyərkən azərbaycanlı iş adamını tərifləməyi yaddan çıxarmayıb: «2010-2011-ci illərədək turist sayını 30 milyona yüksəldəcəyimizi təxmin edirəm. Antalyada azərbaycanlı iş adamı Telman İsmayılovun qurduğu “Mardan Palace”ın da açılması ilə bu gün dünya səviyyəsində turizm avtoritetlərinin müəyyənləşdirdiyi 100 hotelin 40-ı Türkiyədədir”.
   Xatırladaq ki, Ərtoğrul Günay bir neçə gün öncə də T.İsmayılovla bağlı açıqlama vermişdi. O, “Şəxsən özü ilə görüşdük. Onun Türkiyə vətəndaşlığı alması üçün etdiyi müraciətlə bağlı köməklik edəcəyik. Bunu onun özünə də söylədim. Türkiyəyə investisiya yatıran, Türkiyəni dünyada yaxşı tanıtmaqda rolu olan hər kəsə vətəndaşlıq və buna bənzər digər mövzularda istəklərinə dəstək olmağı özümüz üçün vəzifə borcu sayırıq” - demişdi.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar