Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi onun turizm sahəsindən böyük miqdarda gəlir götürməsinə şərait yaradır. Ölkəmizə gələn hər bir qonaq təkcə paytaxt Bakının deyil, eyni zamanda regionlarımızın da gözəlliyindən zövq alır. Dağlar qoynunda yerləşən, zəngin təbiətə, fauna və floraya malik olan Yardımlı rayonunda da turizmin inkişafı üçün əlverişli şərait var. Burada dövlət qeydiyyatından keçmiş 92 ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi yerləşir. Gələn qonaqları bu abidələrlə tanış etmək üçün 4 turizm marşrutu fəaliyyət göstərir. Masallı-Yardımlı magistral yolunun 25-ci kilometrində 50 metr hündürlükdən tökülən “Təkdam” şəlaləsi turistləri daha çox cəlb edir. Hər gün buraya gələn yüzlərə turist ətrafdakı əsrarəngiz gözəlliyin seyrinə dalır, kotteclərdə istirahət edir. Yardımlıda dağ turizminə üstünlük verənlər də az deyil. 2008-ci ildə rayonun turizm obyektlərində 1500 nəfərdən artıq qonaq istirahət edib. Bu il turistlərin sayının 2000-ə çatacağı gözlənilir. Rayonun Ostayır, Ərus, Şəfəqli kəndlərinin yaxınlığında və Masallı-Yardımlı magistral yolu boyunca yeni turizm və istirahət mərkəzlərinin tikintisi nəzərdə tutulub.
   Qeyd edək ki, Azərbaycan dövləti ölkənin bütün regionlarında turizm infrastrukturunun genişləndirilməsinə diqqət yetirir. Bu yaxınlarda təsdiqlənən Regionların inkişafına dair Dövlət Proqramında da turizm obyektlərinin sayının və şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar