Bir aydan çox davam edən monitorinqin nəticələri açıqlandı
   
   Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Şəhər Sanitar Epidemioloji Stansiyası ilə birgə Bakı və Sumqayıt çimərliklərində apardığı monitorinqin nəticələrini açıqlayıb. Mayın 12-dən iyunun 18-dək aparılmış monitorinqin məqsədi çimərliklərdə ekoloji vəziyyəti öyrənmək olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər zamanı çimərlik ərazilərindəki 50 nöqtədən 153 su nümunəsi götürülüb və onların üzərində 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılıb. Araşdırma zamanı məlum olub ki, Gürgan və Novxanı bağları sahil zolağı ərazilərində mikrobioloji baxımdan zəif çirklənmə müşahidə edilir. Bunun səbəbi Gürgan yaşayış massivindən, Sumqayıtın 5 və 6-cı mikrorayon ərazilərindən, Corat, Saray qəsəbələrindən və bağ massivlərindən, Novxanı bağlarından daxil olan təmizlənməmiş çirkab sularıdır.
   Əvvəllər daha çox çirklənməyə məruz qalan Novxanı-Sumqayıt sahil zolağında çirkab suların təmizlənməsi qismən təmin olunsa da, Sumqayıt istiqamətindən böyük həcmdə axıdılan kanalizasiya suları bu əraziləri çirklənməyə məruz qoyur. Şimal küləyi əsdikdə çirklənmiş ərazilərin sahəsi daha da genişlənir.

   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar