Noyabrın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Dərnəyi arasında onlayn formatda "Dostluq görüşü” keçirilib.

Qeyd edək ki, görüş Antalyada xidmət edən Azərbaycan türkləri arasında həmrəyliyi, ünsiyyəti daha da təşviq etmək, mədəniyyət və folkloru tanıtmaq və yaymaq məqsədilə keçirilib.

Dərnəyin sədr müavini Ceyran Səttarova görüşün qonağı olub. Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Fazil Orun, Xəzər rayon MKS-in filialları və fəal oxucular da onlayn görüşə qoşulublar.

Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və Xəzər rayon MKS-nin direktoru Vəfa Quliyeva çıxış edərək qardaş ölkəyə salamlarını yetiriblər. Kitabxananın fəxri oxucusu Sevindik  Nəsiboğlu özünün yazdığı şeiri oxuyub.

Tədbir zamanı “Bir millət – iki dövlət” şüarı vurğulanıb və qeyd edilib ki, belə görüş və layihələr davamlı olacaq.