Rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi ötən il uğurlu festival həyatı yaşayıb.

Ekran işi may ayında 77-ci Kann Beynəlxalq Film Festivalının (Fransa) qısametrajlı filmlər müsabiqəsində nümayiş olunub, qonaqlar və kino tənqidçiləri tərəfindən maraqla qarşılanıb.

Film daha sonra avqust ayında 30-cu Sarayevo Film Festivalının (Bosniya və Herseqovina) əsas proqramında nümayiş etdirilib.

Filmin rejissoru və ssenari müəllifi (Nicat Muxtarovla birgə) Azər Quliyevdir.

Rollarda Milana Həsənova, Oktay Mehdiyev və Elşən Məmmədov çəkiliblər.