Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında hesabat konserti ilə çıxış edib.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə təşkil olunan konsertdən əvvəl rəqs ansamblının 2024-cü il ərzində qazandığı nailiyyətlərdən danışılıb.
Sonra konsert proqramı təqdim olunub. Ansamblın ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda konsertdə iştirak edən şagirdlər Mədəniyyət evi tərəfindən fəxri fərmanla təltif olunublar.