Rejissor Azər Ağalarovun lentə aldığı “Divarın o biri üzü” qısametrajlı filmi “The Oniros Film Awards” festivalında (Nyu-York) “ən yaxşı musiqili film” nominasiyasında mükafata layiq görülüb.

Filmin ssenari müəllifi Çexiyada yaşayan soydaşımız, şairə Leyla Bəyim Cəfərovadır. Ekran əsərinin festivalda qalib olduğunu o, sosial şəbəkə hesablarından paylaşıb.

Filmdə hadisələr Bakıda cərəyan edir və qəhrəmanın xatirələri, yaşantıları və hissləri əks olunub.

Ekran əsəri, həmçinin 2020-ci ildə Kanada “Bridge Fest” kinofestivalında “Ən yaxşı sənədli film” və İstanbul kinofestivalında “Ən yaxşı qısametrajlı film” nominasiyalarında qalib olub.

Azər Ağalarov uşaq yaşlarından rejissor olmağı arzulasa da, həkimlik ixtisasına yiyələnib. 1992-ci ildə Almaniyaya köçüb. Almaniya və Çexiyada radio jurnalistikası ilə məşğul  olub. Hazırda İspaniyada yaşayır.

L.AZƏRİ