Niderland Krallığının “The Holland Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Fikrət Axundovun “Bakının İçərişəhəri – Azərbaycanın milli irsi” adlı məqaləsi dərc olunub.

Məqalədə 20 il əvvəl İçərişəhər və onun tarixi-memarlıq abidələrinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edildiyi bildirilir. Qeyd edilir ki, açıq hava altında muzey olan İçərişəhərin tarixi 2 min ildən çoxdur.

Vurğulanıb ki, İçərişəhərin qala divarları xalqımızın mübariz ruhundan xəbər verir. İçərişəhərdə bir sıra məşhur filmlərin lentə alındığı  da yazıda diqqətə çatdırılır.

Məqalədə İçərişəhərin inciləri olan Qız qalası, Şirvanşahlar sarayı haqqında da ətraflı məlumat verilib.

Yazıda tarixi İpək Yolu üzərində yerləşən qədim Bakının Orta əsrlər Azərbaycan dövləti olan Şirvanşahların paytaxtı olmasından, burada zərdüştlüyün izlərini əks etdirən abidələrdən və onların sirli tarixinin hələ də araşdırıldığından söz açılıb.