Məqsəd turistlərin və sakinlərin mənalı istirahətini təmin etməkdir
   
   İyulun 1-də Gəncənin ən qədim bağlarından olan, zəngin bitki aləmi ilə insanları özünə cəlb edən “Xan bağı” istirahət guşəsinə Qafqaz dələləri gətirilib. Zaqataladan gətirilən 10 dələnin parkda yaradılan canlı guşəyə buraxılması ilə dələlərin sayı 15-ə çatıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və ictimaiyyət nümayəndələri də heyvanat guşəsi ilə tanışlıq üçün parkda olub. Gəncə Şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abid Əliyevin bildirdiyinə görə, 2003-cü ildən parkda yaradılan guşədə dələlərlə yanaşı, Qafqaz maralı, ceyran, qu quşları, flaminqolar, qızıl qazlar və tovuz quşları da saxlanılır. Guşənin zənginləşdirilməsi işləri bundan sonra da davam edəcək. Bu isə həm əhalinin mənalı istirahətini təmin edir, həm də heyvanların saxlanılması baxımından təcrübəni artırır. Onların iqlimə uyğunlaşması prosesi izlənilir. Əldə olunan təcrübə isə yaxın gələcəkdə sahəsi təxminən 300 hektara çatan Heydər Əliyev parkında da canlı guşənin yaradılmasını asanlaşdıracaq. 

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar