AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qax rayonunun Lələli kəndi yaxınlığındakı yaşayış məskənində arxeoloji tədqiqatlar aparırlar.
   AMEA-nın mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, ekspedisiya qrupunun rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bölmə müdiri, memarlıq elmləri doktoru Vilayət Kərimovdur.
   Ərazidə tədqiqat işlərinə bu ilin iyununda başlanılıb. İlkin qazıntı zamanı torpağın üst qatından orta əsrlərə aid saxsı qabların qırıntıları, gil qablar, ipəyirən və digər əşyalar tapılıb. Sonrakı qatda Yaloylutəpə mədəniyyətinə - eramızdan əvvəl III-I əsrlərə aid küp qəbir, vaza, su qabı və digər əşyalar aşkarlanıb.
   Ərazidə tədqiqat işləri qarşıdakı aylarda da davam etdiriləcək.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar